Bütün xəbərlər
Macarıstan lideri hesab edir ki, NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərə bilər
Tarix: 27-02-2023 23:57 | Bölmə: Dünya


Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropanın Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunmasına, döyüş təyyarələrinin Kiyevə ötürülməsindən söhbət getməsinə əsaslansaq, bəzi NATO ölkələri öz hərbi qüvvələrini münaqişə zonasına göndərə bilərlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fevralın 24-də dövlət başçısı Avropa İttifaqının tezliklə Ukraynaya sülhməramlıların göndərilməsi barədə danışmağa başlayacağından narahatlığını bildirib. Orban xatırladıb ki, NATO müdafiə alyansı kimi yaradılıb. TASS agentliyi yazır ki, onun üzvləri öz ərazilərindən kənarda münaqişələrə cəlb edilməməlidir.
Macarıstanın baş naziri Ukraynadakı vəziyyətin yalnız hərbi yolla həll oluna biləcəyini düşünənləri də siyasi rəqibləri hesab edir.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər