Bütün xəbərlər
"Fox News" Trampın 2024-cü il ABŞ prezident seçkilərində qalib gələcəyini proqnozlaşdırıb
Tarix: 27-02-2023 23:46 | Bölmə: Dünya

Respublikaçıların əksəriyyəti Ağ Evə yeni rəhbər seçkiləri öncəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Trampın praymerizdə qalib gələcəyini "Fox News" proqnozlaşdırmışdı.
Amerikalılar arasında keçirilən sorğu göstərib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden sələfi qədər populyar deyil. ABŞ sakinlərindən 2024-cü ildə namizəd olmaq üçün 15 potensial namizəddən hansına rəğbət bəslədikləri soruşulub. Respublikaçılar arasında Tramp böyük fərqlə qalib gəlib. Respondentlərin 43%-i ona səs verməyə hazırdır. Ron DeSantis 28%-lə ikinci, Nikki Heyli və Mayk Pens hər biri 7%-lə üçüncü olub.
Demokratlar arasında yalnız 37% Co Baydenin ikinci müddətə qalmasını istəyir. Rəyi soruşulanların 53%-i onun namizədliyinin əleyhinə səs verib.
Daha əvvəl “Peoples News” xəbər vermişdi ki, “Fox” telekanalının aparıcısı Brayan Kilmaid ABŞ siyasətinin son iki ildə Baydenlə birlikdə büdrədiyini deyib.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər