Bütün xəbərlər
İsrail terrorizmə görə ölüm cəzası qanunu qəbul edib
Tarix: 26-02-2023 22:20 | Bölmə: Dünya


İsrail terror fəaliyyətinə görə ölüm cəzası tətbiq edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazir Binyamin Netanyahunun sosial şəbəkədə elan etdiyi müvafiq qanun Nazirlərin Qanunvericilik Komissiyası tərəfindən qəbul edilib.
İsrail hökuməti başçısının fikrincə, bu, terrorizmə qarşı çəkindirici qüvvənin yaradılması istiqamətində atılan addımdır. Təklif olunan qanun layihəsinə əsasən, irqçilik motivləri və ya müəyyən bir əhali qrupuna nifrət zəminində İsrail vətəndaşının ölümünə səbəb olan istənilən şəxs edam cəzası ilə üzləşəcək.
Ölüm hökmünün əsası həm də terrorçunun İsrail dövlətinə zərər vurmaq üçün hərəkət etməsi, həmçinin yəhudi xalqının tarixi torpaqlarında dirçəlişinin qarşısını almağa çalışması olacaq.Baş nazir Binyamin Netanyahunun sosial şəbəkədə elan etdiyi müvafiq qanun Nazirlərin Qanunvericilik Komissiyası tərəfindən qəbul edilib.









Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər