Bütün xəbərlər
Makron onu “Rusiyaya təzyiq göstərməyə” inandırmaq üçün Çinə səfər edəcək
Tarix: 25-02-2023 22:09 | Bölmə: Dünya


Fransa prezidenti Emmanuel Makron Çinə səfər etməyə hazırlaşır, o, Çin prezidenti Si Cinpini “Rusiyaya təzyiq göstərməyə” inandırmağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Guardian” Makronun özünün açıqlamasına cavab olaraq yazır.
Fransa prezidentinin səfəri aprelin əvvəlinə planlaşdırılıb.
Makron deyib ki, Çin “heç vaxt kimyəvi və ya nüvə silahından istifadə etməmək üçün Rusiyaya təzyiq göstərməyə” kömək etməlidir. O, həmçinin hesab edir ki, Pekin danışıqlar üçün ilkin şərt kimi Moskvanı döyüşü dayandırmağa inandırmalıdır.




Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər