Bütün xəbərlər
Albaniyada casusluqda ittiham olunan rusiyalı qadının həbs müddəti uzadılıb
Tarix: 24-02-2023 21:04 | Bölmə: Dünya


Albaniyanın Elbasan vilayətinin məhkəməsi casusluqda ittiham olunan Rusiya vətəndaşı Svetlana Timofeyevanın həbs müddətini uzadıb, "Albanian Daily news" xəbər verir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Müdafiə tərəfin məlumatına görə, qadın artıq həbs qətimkan tədbirini çəkib və rusiyalı qadının azadlığa buraxılmasına israr edib.
Cümə günü Elbasan məhkəməsi casusluqda ittiham olunan Rusiya vətəndaşı Svetlana Timofeyevanın həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun tələbini təmin edib.
Timofeyeva, həmçinin 23 yaşlı Mixail Zorin və Ukrayna vətəndaşı Fyodor Alpatov avqustun 20-də Albaniyanın Qramşi şəhərində silah zavoduna daxil olmaq istəyərkən saxlanılıblar. Onlar bir qrup şəxs tərəfindən ölkənin suverenliyinə və milli təhlükəsizliyinə xələl gətirən məxfi məlumat toplamaqda ittiham olunurlar.
Albaniyada saxlanılan ruslar özlərini tərk edilmiş hərbi obyektləri araşdıran bloger və fotoqraf kimi təqdim ediblər. Onların sözlərinə görə, sovet dövründən istifadə olunmayan hərbi obyektlər haqqında bloq aparırlar. Rusiyanın Albaniyadakı səfirliyi rusların saxlanması ilə bağlı ölkə hakimiyyətindən məlumat almadıqlarını bildirib.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər