Bütün xəbərlər
Avstraliya Milli Universitetinin alimləri Yerin ikinci nüvəsinin mövcudluğunu açıqlayıblar
Tarix: 22-02-2023 22:00 | Bölmə: Dünya

Yerin nüvəsi iki hissədən ibarət ola bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qənaətə Kanberrada yerləşən Avstraliya Milli Universitetinin əməkdaşları gəliblər. Alimlərin fikrincə, planetin mərkəzində “mini nüvə” ola bilər.
Tədqiqatçılar seysmik dalğaların Yerin nüvəsindən əks olunmasının təhlilinin nəticələrində kənarlaşmalara diqqət çəkiblər. Məlum olub ki, 50 dərəcə bucaq altında seysmik P dalğaları adi haldan 4% daha yavaş yayılır. Bunun Yerin normal nüvəsində “mini nüvənin” mövcudluğuna işarə etdiyi düşünülür. Alimlərin fikrincə, o, nikel və dəmirdən ibarətdir, "Planet Today" xəbər verir.
Avstraliyalı alimlərin işi təkcə Yerin deyil, Marsın da öyrənilməsinə töhfə verəcək. Tədqiqat müəlliflərinin fikrincə, bu, "qırmızı planet"in geoloji xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edəcək.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər