Bütün xəbərlər
Seysmoloqlar İstanbulun gələcəyi ilə bağlı dəhşətli proqnozlar səsləndirirlər
Tarix: 18-02-2023 10:34 | Bölmə: Dünya


Yerli hakimiyyət orqanlarının məlumatına görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 40 minə yaxınlaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xilasedicilər zərər çəkmiş ərazilərdə işlərini davam etdirirlər. Nadir hallarda dağıntılar altında 10 gündən çox qalan canlı insanlara və heyvanlara rast gəlinir.
“Rossiya 24” telekanalı xatırladır ki, güclü təkanlar 84 mindən çox binanı yerlə-yeksan edib.
Bununla belə, seysmoloqlar ən pisinin hələ qarşıda olduğunu deyirlər. Tezliklə Türkiyədə daha bir zəlzələ baş verə bilər. Zəlzələnin episentri İstanbuldur. Ekspertlərin fikrincə, bu təbii fəlakətin itkiləri ölkənin indiki itkilərini ən azı 10 dəfə üstələyir.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər