Bütün xəbərlər
Kəraçidə polis məntəqəsinə hücum nəticəsində iki silahlı öldürülüb
Tarix: 17-02-2023 22:14 | Bölmə: Dünya

Pakistanın ən böyük şəhəri Kəraçidə silahlıların polis bölməsinə hücumu ilə bağlı insident baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində iki hücumçu öldürülüb, bir neçə nəfər yaralanıb.
Yerli telekanalların məlumatına görə, naməlum silahlı şəxslər Kəraçi polis rəisinin ofisinə hücum ediblər. On nəfərə qədər silahlı polis bölməsinə daxil olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.
Hücum edənlər bir ay əvvəl Pişəvər məscidinə hücum zamanı olduğu kimi polis geyimində olublar. Onda onlarla insan ölüb.
Hücuma görə məsuliyyəti artıq Pakistanın "Tehreek-e-Taliban" (Rusiyada qadağan edilmiş) qruplaşması Pakistan (Rusiyada qadağandır) üzərinə götürüb.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər