Bütün xəbərlər
Baydenin həkimi onun qəribə yerişini izah etdi və kəskinləşmələr olduğunu bildirdi
Tarix: 17-02-2023 13:56 | Bölmə: Dünya


ABŞ prezidenti Co Baydenin serebral və ya digər nevroloji xəstəlikləri, o cümlədən dağınıq skleroz və Parkinson xəstəliyi yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun həkiminin tibbi müayinənin nəticələrinə dair rəyində deyilir.
Eyni zamanda, Amerika liderinin hər iki ayağında periferik neyropatiya, eləcə də onurğa və ayağın artriti var - bütün bunlar Baydenin yerişində cüzi dəyişiklikləri izah edir.
Bundan əlavə, ABŞ prezidentinin qastroezofagial reflü simptomları var ki, bunlar öskürək və burun tıkanıklığıdır və yeməkdən sonra kəskinləşir.
Verilən sertifikatda-arayışda deyilir ki, Bayden “80 yaşlı sağlam, enerjili, ABŞ prezidentinin vəzifələrini uğurla yerinə yetirməyə qadir” olaraq qalır.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər