Bütün xəbərlər
Yük maşını 8 piyadanı vurub
Tarix: 13-02-2023 23:00 | Bölmə: Dünya

NYPD bazar ertəsi ən azı səkkiz nəfəri yaralayan sürücünü saxlayıb

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, mikroavtobus polis təqibindən qaçmaq istəyən zaman piyadaları vurub.
"ABC News"-in məlumatına görə, hadisə fevralın 13-də Bruklin şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının hansı səbəbdən icarəyə götürdüyü yük maşınının sürücüsü ilə maraqlandığı barədə məlumat verilmir. Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə dayanmaq əvəzinə, gizlənmək qərarına gəlib. Onun üçün təqib təşkil edilib, qaçan şəxs idarəetməni itirərək avtomobili insan kütləsinin üzərinə sürüb.
Ən azı səkkiz nəfər xəsarət alıb, onlardan dördü xəstəxanaya yerləşdirilib - ikisinin vəziyyəti kritikdir, ikisinin vəziyyəti ağırdır. Sürücü saxlanıldıqdan sonra polis yük maşınında axtarış aparıb və furqonda şübhəli heç nə aşkar edilməyib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər