Bütün xəbərlər
Türkiyədə baş verən zəlzələdən sonrakı tektonik qırılma kosmosdan görünür
Tarix: 12-02-2023 15:57 | Bölmə: Dünya


Türkiyə dağıdıcı seysmik fəaliyyətin nəticələrini aradan qaldırmağa davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zəlzələdən dəyən ziyan 4 milyard dolları ötüb. Ölənlərin sayı 25 min nəfərə yaxınlaşıb.
Fəlakətin miqyası quş baxışından aydın görünür. Eyni zamanda, Rusiyanın "Kanopus-V" kosmik gəmisi tektonik nasazlığı tapıb tuta bilib. Nəhəng çatın şəklini Roskosmos dərc edib.
"Türkiyənin cənub-şərqində baş verən zəlzələnin nəticələrinin kosmik monitorinqi aparılır. Yerin uzaqdan zondlanması üçün Rusiya kosmik qrupunun bütün qüvvə və vasitələri cəlb olunub", - korporasiyanın Telegram kanalında dərc olunan mesajda deyilir.
Əsrin zəlzələsi fevralın 6-da baş verib. Prezident Ərdoğan hadisəni 500 nüvə bombasının partlaması ilə müqayisə edib. Yeraltı təkanlar 1939-cu ildən bəri ən güclü təkanlar olub.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər