Bütün xəbərlər
Polşa prezidenti: "Qərb Ukraynaya təcili silah verməsə, Rusiya qalib gələcək"
Tarix: 12-02-2023 14:56 | Bölmə: Dünya


Polşa prezidenti Anjey Duda Qərb ölkələrini Ukraynaya yeni silahların tədarükünü gecikdirdiklərinə görə tənqid edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "əgər yaxın həftələrdə Ukraynaya hərbi texnika göndərməsək, Putin qalib gələ bilər. O, qalib gələ bilər və onun harada dayanacağını bilmirik", - Anjey Duda Fransanın "Le Figaro" qəzetinə müsahibəsində xəbərdarlıq edib.
Polşa prezidenti ABŞ Respublikaçılar Partiyasının bəzi nümayəndələrinin sülh naminə güzəştə getməyə hazır olmasını da mənfi qiymətləndirib. Sorğulara görə, bir çox respublikaçılar münaqişənin həlli müqabilində Rusiyaya Ukrayna ərazisinin bir hissəsini verməyə razı olacaqlar.
Bu hissləri şərh edən Anjey Duda diqqət çəkib ki, “kimsə Rusiyaya güzəşt kimi ərazi vermək istəyirsə, öz ərazisini versin”.
Bundan əvvəl respublikanın baş naziri Mateuş Moravetski İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində demişdi ki, Polşanın, indi isə bütün Avropanın mövcudluğunun səbəbi Rusiyanın məğlubiyyətidir.
Rusiya Silahlı Qüvvələri 2022-ci il fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirir.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər