Bütün xəbərlər
Meksikada 68 çanta insan qalığı tapılıb
Tarix: 11-02-2023 11:16 | Bölmə: Dünya


Meksikanın hüquq-mühafizə orqanlarının əməkdaşları 68 çanta insan qalıqlarının basdırıldığı doqquz məxfi məzar aşkar ediblər, "Excelsior" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müstəntiqlər yaxın vaxtlara qədər Toluka şəhəri yaxınlığında bir sıra ərazilərə nəzarət edən cinayətkar qrup üzvlərinin tutularaq dindirilməsindən sonra Lerma bələdiyyəsində meşəlik əraziyə baxış keçirməyə başlayıblar. Cəsədləri parçalanmış 68 qara çanta bir neçə yerdə basdırılıb.
Bundan əvvəl Tenanqo del Valledə kütləvi məzarlıq aşkar edilmişdi, oradan 11 kişi və bir qadının qalıqları olan 47 çanta tapılmışdı.
Rəsmi məlumatlara görə, son 58 il ərzində Meksikada 100 mindən çox insan itkin düşüb. Onların əksəriyyəti ölkədə fəaliyyət göstərən narkokartel və dəstə üzvlərinin qurbanı olub.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər