Bütün xəbərlər
Belçikada Ukrayna hərbçilərinə sualtı pilotsuz uçan aparatları idarə etmək üçün təlim keçiləcək
Tarix: 09-02-2023 23:49 | Bölmə: Dünya


Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri sualtı pilotsuz nəqliyyat vasitələrini idarə etməyi öyrənmək üçün cümə axşamı Belçikaya gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belçikanın müdafiə naziri Ludivine Dedonder öz səhifəsində yazıb: "Bu gün biz Aİ-nin Ukraynaya hərbi yardım göstərmək missiyası çərçivəsində Belçikada Ukrayna hərbçilərini qəbul edirik. Onlar Belçika tərəfindən təmin edilən sualtı sistemlər üzrə təlim keçəcəklər".
Bundan əvvəl ölkə hökuməti yerli ECA Robotics Belgium şirkəti tərəfindən istehsal olunan on sualtı dronun Kiyevə təhvil verilməsini təsdiqləyib. Bu dronlardan sualtı təhlükələrin - minaların, eləcə də kəşfiyyat vasitələrinin axtarışı üçün istifadə olunur. Belçika ordusu bu tip cihazlardan uğurla istifadə edir.
Bir gün əvvəl Böyük Britaniya Kiyevi daha çox uzaqmənzilli silahlarla təmin etmək və Ukrayna Silahlı Qüvvələrinin dənizdə və havada təlimlərini genişləndirmək planlarını açıqlamışdı. Bura qırıcı pilotların və dəniz piyadalarının hazırlığı daxildir.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər