Bütün xəbərlər
Tayvan prezidenti və vitse-prezidenti aylıq maaşlarını zəlzələ qurbanlarına bağışlayacaq
Tarix: 09-02-2023 15:27 | Bölmə: Dünya


Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki, Tayvandakı prezident ofisindən verilən açıqlamada, Tayvan prezidenti Tsay İnq-ven və müavini Uilyam Lainin aylıq maaşlarının Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün bağışlanacağı bildirilib.
Bəyanatda deyilir ki, prezident Tsay və onun müavini Lai “Türkiyəyə zəlzələ bölgəsinin mümkün qədər tez bərpasına kömək etmək üçün öz üzərinə düşəni etməyə ümid edirlər”.
Keçən il Tsay və Lai bir aylıq maaşlarını da müharibədən əziyyət çəkən Ukraynada humanitar fəaliyyətlərə dəstək vermək üçün bağışladılar. Prezident Tsainin aylıq maaşı 13300 dollar civarındadır.
Tayvan Türkiyədə baş verən zəlzələ üçün 2 milyon dollar yardım ayırıb və axtarış-xilasetmə işlərində iştirak etmək üçün iki xilasetmə qrupu göndərib.
Açıqlamada iki aylıq maaşın Tayvanın Türkiyəyə göndərdiyi yardıma əlavə ediləcəyi bildirilib.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər