Bütün xəbərlər
Çin Baydenin Si Cinpin haqqında dediklərinə sərt reaksiya verir
Tarix: 09-02-2023 12:30 | Bölmə: Dünya


ABŞ prezidenti Co Baydenin Çin sədri Si Cinpin haqqında söylədiyi sözlər son dərəcə məsuliyyətsizdir və diplomatik etiketin əsas normalarını pozur. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
Bundan əvvəl Amerika lideri PBS telekanalına müsahibəsində etiraf etmişdi ki, o, ötən ilin yayında Çin liderini Pekinin Rusiyanın xüsusi əməliyyatına dəstək verəcəyi təqdirdə ölkə iqtisadiyyatına Qərb investisiyalarının qarşısını almaqla hədələyib. Baydenin sözlərinə görə, hazırda dünyanın ikinci iqtisadiyyatı “çox yaxşı getmir”. O, həmçinin bildirib ki, Si Cinpinin “böyük problemləri” var.
TASS xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinin vurğuladığı kimi, Çin Amerika prezidentinin bu bəyanatları ilə bağlı “ciddi narazılığını və kəskin etirazını” bildirir.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər