Bütün xəbərlər
Zelenski və Makron Aİ sammitinə birlikdə gedəcək
Tarix: 09-02-2023 12:17 | Bölmə: Dünya


Vladimir Zelenski fevralın 9-10-da Fransa prezidenti Emmanuel Makronun müşayiəti ilə Brüsseldə keçiriləcək Aİ sammitinə gələcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Makron və Zelenski cümə axşamı səhər Parisdən Aİ dövlət və hökumət başçılarının Brüsseldə keçiriləcək sammitinə birlikdə uçacaq", - France Presse Yelisey sarayının mətbuat xidmətinə istinadən yazıb.
Çərşənbə günü Ukrayna lideri Londona səfər edib və orada Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə danışıb, daha sonra Parisdə Makron və Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Aİ-nin cümə axşamı açılacaq sammitinin əsas mövzuları Ukraynadakı vəziyyət və Ukraynaya hərbi yardımın göstərilməsi olacaq. Gözlənildiyi kimi, Aİ ölkələrinin başçıları Kiyevin qırıcı təyyarələrin tədarükü ilə bağlı müraciətini müzakirə edəcəklər.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər