Bütün xəbərlər
Leps ABŞ-ın sanksiyalar siyahısından çıxarılıb
Tarix: 08-02-2023 21:23 | Bölmə: Dünya

ABŞ Maliyyə Nazirliyi rus pop ulduzu Qriqori Lepsi sanksiyalar siyahısından çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl Avropa İttifaqının musiqiçi Qriqori Lepsə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub. Onunla birlikdə teleaparıcılar Boris Korçevnikov və Marina Kim, həmçinin bloger Dmitri Puçkov da siyahıda olub.
Xatırladaq ki, 2013-cü ildə Leps ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalmışdı. Buna səbəb ifaçının “Qardaşlar dairəsi” cinayətkar qruplaşması ilə əlaqəsinin olması olub. İdarədən bildirilib ki, musiqiçi qrup rəhbərlərindən birinin tapşırığı ilə pul daşımaq üçün kuryerdir. Sənətçinin ölkəyə girişi qadağan edilib, əmlakına həbs qoyulub. Daha sonra müğənninin nümayəndəsi ittihamları cəfəngiyat adlandırdı, lakin Leps özü qrupun lideri Leontievlə tanışlığını təsdiqlədi, lakin iştirakçılıq faktını yox.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər