Bütün xəbərlər
Iki döyüş təyyarəsi tarlada qəzaya uğrayıb
Tarix: 28-01-2023 11:21 | Bölmə: Dünya

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30" və "Mirage 2000" təyyarələri Madhya Pradeş ştatında təlim zamanı qəzaya uğrayıb, "The Times of India" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanvarın 28-də səhər saatlarında Qvaliordakı hərbi bazadan döyüş maşınları havaya qalxıb və onların yanan qalıqları Morena şəhəri yaxınlığındakı tarlada tapılıb.
Rusiya istehsalı olan qırıcının hər iki pilotu sağ tapılıb, Fransa təyyarəsinin kapitanının axtarışı davam etdirilir.
Təlim zamanı təyyarələrin havada toqquşması və ya qəzanın başqa səbəblərdən baş verməsi hələlik məlum deyil.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər