Bütün xəbərlər
Danimarkalı radikal məscidin yaxınlığında Quranı yandırıb
Tarix: 27-01-2023 19:39 | Bölmə: Dünya

Danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan Kopenhagendə məscidin yaxınlığında Quranı yandırıb, "France Press" xəbər verir.
Bu, ilk belə aksiya deyil - yanvarın 21-də Paludan Türkiyə səfirliyinin yaxınlığında müsəlmanlar üçün müqəddəs kitabı yandırıb.
2019-cu ildə mübahisəli siyasətçi 14 irqçilik ittihamı ilə bir ay həbs və daha iki şərti cəzaya məhkum edildi. O, xüsusən də videolarında müsəlmanları təhqir edib, nümayişlərin birində Somalidən olan bir qadını fahişə adlandırıb.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər