Bütün xəbərlər
Soros Fondu 25 illik fəaliyyətindən sonra Tacikistanı tərk edir
Tarix: 26-11-2022 23:14 | Bölmə: Dünya

Amerikalı milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondu (Rusiya Federasiyasında arzuolunmaz təşkilat kimi tanınır) 25 illik fəaliyyətindən sonra Tacikistandakı filialını bağlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Mesajda qeyd olunduğu kimi, bu qərar təşkilatın fəaliyyətinə yenidən baxılması və bütün dünyada 20-dən çox yarımmuxtar milli fondun yeni regional yanaşmadan istifadə etməklə restrukturizasiyası ilə əlaqədar qəbul edilib.
Tacikistandakı filial yeni qrant layihələri üçün müraciətləri qəbul etməyi dayandırır, lakin mövcud qrantlar üzrə bütün öhdəliklər yerinə yetiriləcək, RİA Novosti xəbər verir.
Xatırladaq ki, 2015-ci ildə Rusiya Federasiyasının Baş Prokurorluğu Açıq Cəmiyyət Fondunu arzuolunmaz təşkilat adlandırmışdı, çünki onun fəaliyyəti Rusiyanın konstitusiya quruluşuna və dövlətin təhlükəsizliyinə təhlükə yarada bilər. Soros fondları dəfələrlə, o cümlədən Ukraynada dövlət çevrilişi təşkil etməkdə ittiham olunub.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər