Bütün xəbərlər
Rosaviasiya Rusiyanın cənubundakı hava limanlarına uçuşların qadağasını uzadıb
Tarix: 18-11-2022 11:17 | Bölmə: Dünya



Rusiyanın cənubunda və mərkəzində 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb
.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Hava limanları bu il noyabrın 27-dək təyyarələri qəbul etməyəcək. Bu tarixə yaxın agentlik yeni tövsiyə verəcək.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanları fevralın 24-dən mülki təyyarələr üçün bağlı qalıb.
Federal Hava Nəqliyyatı Agentliyi sərnişinlərin yerüstü nəqliyyatla sonrakı çatdırılmasını təşkil edərək, hava daşıyıcılarına Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvaya daha çox uçuşlar etməyi tövsiyə edir.
Uçuşların məhdudlaşdırılması rejimi ilk dəfə Ukraynada xüsusi hərbi əməliyyat başlayan gün tətbiq edilib və o vaxtdan bəri daim uzadılır.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər