Bütün xəbərlər
Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək - Putin fərman verdi
Tarix: 05-10-2022 23:44 | Bölmə: Dünya

                     Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək




Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Kreml Sarayının saytında dərc olunan fərmanda Zaporojye AES-in fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib.




Fərmanda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.
 Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər