Bütün xəbərlər
İran Prezidenti başı açıq olan qadın jurnalistə müsahibə vermədi
Tarix: 22-09-2022 23:34 | Bölmə: Dünya

                      İran Prezidenti başı açıq olan qadın jurnalistə müsahibə vermədi



Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə kanalın müxbiri Kristina Amanpur Tviter səhifəsində yazıb. O bildirib ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, Prezident İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti CNN-nin müxbiri Kristina Amanpura başının bağlı olması şərtini irəli sürüb.
Lakin jurnalist başını örtmək istəməyib. Bu səbəbdən də İbrahim Rəisi müsahibə vermək istəməyib.



Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər