Bütün xəbərlər
“Bu, blef deyil, bütün vasitələrdən istifadə edəcəyik” - Putin
Tarix: 21-09-2022 23:21 | Bölmə: Dünya

                         “Bu, blef deyil, bütün vasitələrdən istifadə edəcəyik”




“Rusiya özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarına müraciətində deyib.
Putin öz çıxışında bir neçə Qərb ölkəsinin rəsmi nümayəndələrinin Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadə olunmasına dair çağırışlardan da danışıb.
“Xatırlatmaq istəyirəm ki, Rusiya da müxtəlif silahlara sahibdir, onlardan bəziləri isə müxtəlif komponentlərinə görə NATO ölkələrinin sahib olduğu silahlardan daha müasirdir. Və ölkəmizin ərazi bütövlüyünə qarşı təhdid yaranarsa, Rusiyanın və xalqımızın müdafiəsi üçün biz sözsüz ki, sahib olduğumuz bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil. Rusiya vətəndaşları əmin ola bilər, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyimiz və azadlığımız təmin olunacaq”, - deyə Putin qeyd edib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər