Bütün xəbərlər
ABŞ İran kəşfiyatının rəhbərinə sanksiyalar tətbiq etdi
Tarix: 09-09-2022 21:55 | Bölmə: Dünya

                     ABŞ İran kəşfiyatının rəhbərinə sanksiyalar tətbiq etdi



ABŞ administrasiyası İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə və nazir İsmail Xətibə sanksiya tətbiq etmək qərarına gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada sözügedən sanksiya qərarının səbəbi kimi ABŞ və müttəfiqlərinə qarşı zərərli kiber fəaliyyət göstərilib.
Bəyanatda həmçinin İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin 2007-ci ildən bəri dünya üzrə bir sıra dövlət və özəl təşkilatları və müxtəlif əsas infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirdiyi vurğulanıb.
Qeyd edilib ki, hakerlər Albaniya hökumətinə aid olduğu güman edilən sənədlərin və vətəndaşlara aid şəxsi məlumatların sızdırılmasına görə məsuliyyət daşıyırlar.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər