Bütün xəbərlər
İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırıb
Tarix: 04-09-2022 23:42 | Bölmə: Dünya

İsrail Prezidenti İsxak Hersoq



İran dünya nizamına təhlükədir.
APA xəbər verir ki, bu sözləri Almaniyaya səfəri zamanı İsrail Prezidenti İsxak Hersoq deyib.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerə müraciət edən Hersoq, deyib ki, nifrət qüvvələri ilk növbədə İrandan gəlir.
“İran açıq şəkildə İsraili məhv etməyə çalışır və dünya ictimaiyyəti onunla ciddi və sərt davranmalıdır”, - deyə İsrail Prezidenti vurğulayıb
Hersoq İran hakimiyyətinin etibarlı olmadığına inandığını bildirib.
“İran sübut etdi ki, ona etibar etmək olmaz. Bu ölkə dünya düzəninə təhdiddir”,- deyə Hersoq bildirib.
İsrail prezidenti vurğulayıb ki, ölkəsi ərazi bütövlüyünə dair təhdidləri qəbul etmir. Hersoq bildirib ki, İsrailin müttəfiqləri bundan sonra onun arxasında möhkəm dayanmalıdır.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər