Bütün xəbərlər
Papa: "Bəşəriyyət Üçüncü Dünya Müharibəsini yaşayır"
Tarix: 03-09-2022 11:52 | Bölmə: Dünya

Papa: "Bəşəriyyət Üçüncü Dünya Müharibəsini yaşayır"




Papa Fransisk bəşəriyyətin Üçüncü Dünya Müharibəsini yaşayır.
APA-nın məlumatına görə, bu barədə “Vatican News” nəşri məlumat yayıb.
“Sabah siz Polşa xalqına ağrılı təsir göstərmiş İkinci Dünya Müharibəsinin başlanmasının ildönümünü xatırlayacaqsınız. Bu gün isə biz üçüncüsünü yaşayırıq. Qoy keçmiş təcrübələrin xatirəsi sizi özünüzdə, ailənizdə, ictimai və beynəlxalq həyatda sülh yetişdirməyə təşviq etsin”, - deyə Papa Fransisk bildirib.
Papa həmçinin bəyan edib ki, Vatikanda sülh üçün Ukrayna xalqına xüsusi şəkildə dua edirlər.






Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər