Bütün xəbərlər
“Yaponiya Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”
Tarix: 23-08-2022 23:38 | Bölmə: Dünya

                 “Yaponiya Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”



“Yaponiya beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın ev sahibliyi etdiyi İkinci Krım Platforması Sammitində çıxış edən Yaponiyanın Baş naziri Kişida Fumio bildirib.
Ölkəsinin ardıcıl olaraq Krım bölgəsi də daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Yaponiyanın Baş naziri status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qəti şəkildə qarşı olduğunu deyib.
O, Yaponiyanın müdafiə avadanlığı dəstəyi, maliyyə və humanitar yardımlarla Ukrayna tərəfindəki mövqeyini qoruduğunu qeyd edib və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiklərini vurğulayıb.
2023-cü ildə G-7 Liderlər Zirvəsinə ev sahibliyi edəcəklərini xatırladan Kişida, “Yaponiya öz təcrübəsi ilə və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, sülh və Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək” deyib.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər