Bütün xəbərlər
Ərdoğan İslamiadanın qaliblərini təbrik etdi
Tarix: 20-08-2022 22:34 | Bölmə: Dünya

                    Ərdoğan İslamiadanın qaliblərini təbrik etdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının qaliblərini təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ərdoğanın rəsmi tviter hesabında paylaşım edilib.
“Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında alın təri tökən, ümumilikdə 341 medal qazanaraq tarixi nəticə əldə edən bütün idmançılarımızı təbrik edirəm. İslam aləminin müxtəlif guşələrindən ölkəmizə təşrif buyurmuş qonaqlarımıza ürəkdən təşəkkürümü bildirmək istəyirəm”, - prezident qeyd edib.


Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər