Bütün xəbərlər
Rusiyanın baş narkoloqu saxlanıldı
Tarix: 20-08-2022 00:13 | Bölmə: Dünya

                      Rusiyanın baş narkoloqu saxlanıldı



Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş narkoloqu Yevgeni Bryun dələduzluqda şübhəli bilinərək Moskvada saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. 
Məlumata görə, Bryun və onun müavini, Rusiya Narkoloji Liqasının vitse-prezidenti Vladimir Yakuşev hazırda dindirilir.
Bildirilir kİ, onlar törəmə şirkətlər vasitəsilə dövlət qurumları tərəfindən spirtli içkilərdən asılılığın müəyyən edilməsi üçün test və reagentlərin şişirdilmiş qiymətlərlə alınmasını təşkil ediblər.


Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər