Bütün xəbərlər
Zelenski Haluk Bayraktarla görüşdü - Foto
Tarix: 19-08-2022 16:39 | Bölmə: Dünya

                   Zelenski Haluk Bayraktarla görüşdü


“BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tviterdə bildirib.
“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəman Prezidenti Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar yazıb.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.


Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər