FTB Trampın evində nüvə silahlarına dair sənədləri axtarıb
Tarix: 12-08-2022 11:20 | Bölmə: Dünya

                      FTB Trampın evində nüvə silahlarına dair sənədləri axtarıb



Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Floridadakı malikanəsində nüvə silahları ilə bağlı məxfi sənədləri axtarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazır.
Nəşr qeyd edir ki, nüvə silahları ilə bağlı materiallar xüsusilə məxfidir, adətən hökumət rəsmilərinin məhdud dairəsi üçün əlçatandır. ABŞ Ədliyyə Departamentinin keçmiş nümayəndəsinin fikrincə, məxfi sənədlərin sızdırılması ölkənin təhlükəsizliyinə ciddi ziyan vura bilər.
Qeyd edək ki, bir neçə gün öncə FTB Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində 
axtarış aparmışdı.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər