Bütün xəbərlər
“Rusiya Zaporojye AES-də bütün risklərə görə tam məsuliyyət daşıyır” - BMT
Tarix: 12-08-2022 11:15 | Bölmə: Dünya

                     “Rusiya Zaporojye AES-də bütün risklərə görə tam məsuliyyət daşıyır”


“Rusiya Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti Ukraynaya verməli və stansiyanın ətrafında silahsızlaşdırılmış zona yaratmalıdır. Moskva nüvə fəlakətinin bütün mümkün risklərinə görə tam məsuliyyət daşıyır”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins deyib.
O, vurğulayıb ki, Rusiya qoşunlarını oradan çıxarana qədər stansiya ətrafında problemlər dayanmayacaq.
“Bu hadisələrin səbəbi hamıya məlumdur - bu, Rusiya Federasiyasının müstəqil dövlətin ərazisinə təcavüzə başlamaq qərarının növbəti faciəli nəticəsidir. Bu, BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır”, - deyə o əlavə edib.
Cenkins bildirib ki, Rusiya Federasiyasının Zaporojye AES ətrafında yaranmış vəziyyətə görə Ukraynanın günahkar olması ilə bağlı bəyanatlarını dezinformasiya hesab edir.
Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ənənəvi olaraq nüvə fəlakəti təhlükəsinə görə bütün məsuliyyətin Ukrayna və Qərbin üzərinə düşdüyünü deyir.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər