Bütün xəbərlər
Putinlə Ərdoğan Rusiya qazı ilə bağlı razılığa gəldi
Tarix: 05-08-2022 23:06 | Bölmə: Dünya

                  Putinlə Ərdoğan Rusiya qazı ilə bağlı razılığa gəldi



“Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər”.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Bu, pul-maliyyə münasibətlərimizin inkişafı üçün həqiqətən də yeni imkanlar açan yeni mərhələdir”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.


Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər