Bütün xəbərlər
Putin müdafiə nazirinə yeni müavin təyin edib
Tarix: 28-07-2022 17:31 | Bölmə: Dünya

Viktor Qoremıkin



Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi general-polkovnik Viktor Qoremıkin müdafiə nazirinin müavini - RF Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi təyin edilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərman imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, ötən il noyabr ayından bu vəzifə general-polkovnik Gennadi Jidkoya həvalə olunmuşdu.


Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər