Bütün xəbərlər
Ağ Ev Ərdoğana təşəkkür etdi
Tarix: 22-07-2022 23:53 | Bölmə: Dünya

                      Ağ Ev Ərdoğana təşəkkür etdi



Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyə, Rusiya, Ukrayna və BMT arasında “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması sənədi”nin imzalanmasından danışıb.
“Qafqazinfo” Xarici KİV-ə istinadən xəbər verir ki, Kirbi bu səbəbdən Prezident Ərdoğana təşəkkür edib:
“ABŞ bu addımı alqışlayır. BMT-nin Baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Ərdoğana bu razılaşmanın əldə edilməsində göstərdikləri diplomatik liderliyə görə təşəkkür edirik”.
Razılaşmanın uğurla həyata keçirilməsinin ancaq Rusiyanın razılaşmaya əməl etməsi ilə mümkün ola biləcəyini vurğulayan Kirbi, razılaşmanın icrasını yaxından izləyəcəklərini bildirib.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər