Bütün xəbərlər
Boris Conson son çıxışını “Terminator”dan sitatla bitirdi
Tarix: 20-07-2022 19:19 | Bölmə: Dünya

                    Boris Conson son çıxışını “Terminator”dan sitatla bitirdi



İstefaya yollanan Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün parlamentdə sonuncu dəfə çıxış edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Boris Conson çıxışı zamanı gələcək Baş nazirə məsləhətlərini də çatdırıb. 
B.Conson çıxışını məşhur “Terminator” filmindən sitatla “Hasta la vista, baby” (“Görüşənədək, beybi”) deyərək bitirib: “Mən burada olan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm və hasta la vista, baby”. 
Xatırladaq ki, Boris Conson iyulun 7-si Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, qeyd edib ki, yeni hökumət başçısı seçilənə qədər səlahiyyətlərini icra edəcək.


Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər