Bütün xəbərlər
Süleyman Soylunun əmisi oğluna silahlı hücum - Vəziyyəti ağırdı
Tarix: 19-07-2022 01:31 | Bölmə: Dünya

                      Süleyman Soylunun əmisi oğluna silahlı hücum



Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmezə silahlı hücum olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 3 güllə yarası alan Dönmez Trabzonda Of Dövlət Xəstəxanasına aparılıb.
Xəstəxana rəsmiləri Dönmezin səhhətinin kritik olduğunu qeyd ediblər.
AKP şəhər sədri Əhməd Çapoğlu mübahisədən sonra Faruk Ulusoyun Sefa Dönmezi tapança ilə vurduğunu bildirib.
Şübhəli Faruk Ulusoyun hadisə yerindən qaçdığı deyilib. Onun tutulması üçün araşdırmalara başlanılıb.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər