Bütün xəbərlər
Rusiya MN: Ukraynada "Harpoon" raketlərinin anbarı məhv edib
Tarix: 17-07-2022 16:23 | Bölmə: Dünya

Rusiya MN: Ukraynada  "Harpoon" raketlərinin anbarı məhv edib




Rusiya hərbi aviasiyası Odessada NATO-nun Ukraynaya verdiyi "Harpoon" gəmi əleyhinə raketlərin yerləşdiyi anbarı məhv edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlər “Odessa şəhərindəki sənaye müəssisəsinin binalarından birində NATO ölkələri tərəfindən Ukraynaya verilən “Harpoon” gəmi əleyhinə raketlərin saxlandığı anbarı məhv edib.
Rusiya MN-nin məlumatında qeyd olunub ki, Krasnoarmeysk yaxınlığında isə bir HIMARS reaktiv yaylım atəşi sisteminin buraxılış qurğusu nəqliyyat-yükləmə maşını məhv edilib:
“Bundan əlavə, Rusiya hərbçiləri Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin 60-cı motoatıcı briqadasının 97-ci batalyonunun yerləşdiyi məntəqəyə zərbələr endirib. Nəticədə 65-ə qədər hərbçi həlak olub, ondan çox xüsusi texnika məhv edilib. Xarkov və Donetsk vilayətlərində muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrinə bir neçə zərbə endirilib".








Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər