Bütün xəbərlər
Millət vəkili Savalan Mirzəyevin qardaşı mer müavini təyin olunub
Tarix: 14-07-2022 16:17 | Bölmə: Dünya
                      15


Millət vəkili Savalan Mirzəyevin qardaşı Fuad Mirzəyev, Qardabani merinə müavin olaraq təyin olunub. 24News.ge xəbər verir ki, bu barədə məlumat Qardabani Meriyasının rəsmi veb səhifəsində dərc olunub. Meriyanın məlumatına əsasən, F. Mirzəyev bu vəzifəyə cari ilin may ayında təyin olunub. Həmin məlumata əsasən, F. Mirzəyev bundan əvvəl 2021-ci ilin noyabr ayından, 2022-ci ilin may ayınadək Qardabani merinin etnik azlıqlar üzrə məsləhətçisi vəzifəsində çalışıb. Qeyd edək ki, merin yeni müavini 1985-ci il təvəllüdlüdür və ali təhsilini Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsində alıb. Xatırladaq ki, bundan əvvəl sözügedən vəzifəni 2016-cı ilin fevral ayından 2022-ci ilin iyun ayınadək Qardabani bələdiyyəsinin Nəzərli kənd sakini Dünyamalı Hacıyev icra edib. Xəbər portalımızın suallarını cavablandıran D. Hacıyev, hazırda Qardabani merinin etnik azlıqlar üzrə məsləhətçisi vəzifəsinə təyin olunduğunu bildirib.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər