Bütün xəbərlər
Sallivan: “İran Rusiyaya çox sayda PUA verməyi planlaşdırır”
Tarix: 12-07-2022 02:58 | Bölmə: Dünya

Ceyk Sallivan



ABŞ hökuməti İranın Rusiyaya bir neçə yüz PUA verəcəyini ehtimal edir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında bildirib.
“Əldə etdiyimiz məlumata görə, İran tezliklə Rusiyaya bir neçə yüz PUA, o cümlədən silah daşıyan dronlar vermək istəyir. Məlumata görə İran həmçinin rusiyalı hərbçilərə PUA-lardan istifadə ilə bağlı təlim keçəcək. təlimin birinci mərhələsi iyulda başlayacaq” – deyə Sallivan əlavə edib.
“Lakin İranın indiyədək Rusiyaya belə PUA-ları verib-vermədiyi məlum deyil”, - deyə müşavir qeyd edib.


Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər