Bütün xəbərlər
Türkiyə ordusu öz istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək
Tarix: 10-07-2022 23:02 | Bölmə: Dünya

Türkiyə ordusu öz istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək




Türkiyə istehsalı olan “hava-hava” tipli raketlər 2022-ci ilin sonuna kimi bu ölkənin ordusuna veriləcək.
APA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Dəmir “Twitter“də bildirib.
Onun sözlərinə görə, Gökdoğan raketi Türkiyədə uğurla sınaqdan keçirilib.
“GÖKTUĞ layihəmiz çərçivəsində milli hava-hava raketlərimizdən biri olan Gökdoğan raketi uğurla sınaqdan keçdi”, - deyə paylaşımda qeyd edilib.


Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər