Bütün xəbərlər
Ərdoğan taxıl dəhlizi ilə bağlı tarixi açıqladı
Tarix: 05-07-2022 23:40 | Bölmə: Dünya

                   Ərdoğan taxıl dəhlizi ilə bağlı tarixi açıqladı


“1 həftə, 10 gün ərzində danışıqları intensivləşdirəcək və bir nəticə əldə etməyə çalışacağıq”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə birgə mətbuat konfransında ərzaq böhranının həlli üçün taxıl dəhlizinin yaradılmasından danışarkən deyib.
Biz Rusiya və Ukraynanın danışıqlar prosesinə qayıtması, BMT-nin taxılla bağlı planı haqda fikir mübadiləsi apardıq. Başda Liviya olmaqla, digər regional məsələlərlə bağlı da müzakirələr etdik. İtaliya enerji sahəsində mühüm tərəfdaşdır. Biz bir həftə, 10 gün ərzində Qara dənizdə taxıl dəhlizi ilə bağlı danışıqlarımızı intensivləşdirəcək və nəticə əldə etməyə çalışacağıq”, - Türkiyə Prezidenti bildirib.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər