Zelenski Ukraynaya atılan raketlərin sayını açıqladı
Tarix: 01-07-2022 22:43 | Bölmə: Dünya

                  Zelenski Ukraynaya atılan raketlərin sayını açıqladı



“Rusiya artıq Ukraynaya 3000-ə yaxın raket atıb”.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.
"Ümumiyyətlə, bilirsiniz ki, Rusiyanın dinc Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3000-ə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti belə məqamda tək qalmamalıdır”, - deyə Zelenski bildirib.
 


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər