Bütün xəbərlər
“Putin bunu məndən heç vaxt xahiş etməyib” - Lukaşenko
Tarix: 17-06-2022 22:46 | Bölmə: Dünya

                     “Putin bunu məndən heç vaxt xahiş etməyib”



“Rusiya lideri Vladimir Putin məndən heç vaxt Ukraynada xüsusi əməliyyatda iştirak etməyi xahiş etməyib”.
“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
 “Putin məndən heç vaxt xahiş etməyib ki, gəl, Ukraynada xüsusi əməliyyata qatıl”, - deyə Lukaşenko qeyd edib. Belarus Prezidenti bildirib ki, Qərb Minski Ukrayna münaqişəsinə cəlb etmək istəyir:
"Amma onlar (Qərb - red.) həm Rusiya, həm də Belarusla məşğul olmaq üçün bizi bu münaqişəyə sövq edir və cəbhəni - Sankt-Peterburqdan Rostova qədər uzatmaq istəyir. 2020-ci ildə bu cəhdləri uğursuz oldu. Onlar bunu başqa üsullarla etməyə davam edirlər”.
Lukaşenkonun sözlərinə görə, Ukraynada hadisələrin necə inkişaf edəcəyi məlum deyil, lakin o, Rusiyanın danışıqlar prosesinə sadiq olduğunu dəqiq bilir.
"Niyə ukraynalılar ruslarla danışmaqdan imtina etdilər? Biz bu dialoqa başladıq, mən də iştirak etdim, onları bura yaxasından tutub sürüyərək gətirdim, deyə bilərik. Ancaq onlar getdilər. Niyə? Amerikalılar dedi: yox, danışıqlar olmayacaq. Onlar hər yerdə hay-küy salmaq və sahibinin ayaqları altına yıxılaraq ondan nəsə qoparmaq stəyirlər”, - deyə Lukaşenko sözlərini bitirib. 
 


Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər