22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Rusiya Ukrayna limanlarından taxıl gəmilərini bu halda buraxacaq
Tarix: 03-06-2022 09:36 | Bölmə: Dünya

                    Rusiya Ukrayna limanlarından taxıl gəmilərini bu halda buraxacaq



Rusiya Ukraynadan taxılın təhlükəsiz ixracını təmin etməyə hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya danışıb.
O bildirib ki, Rusiya Ukrayna taxılı olan gəmiləri buraxmağa hazırdır.
“Ukraynalılara gəlincə, qoy əvvəlcə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər. Onlar bizim deyil, onların minalarıdır”, - o, jurnalistlərə deyib.
Qara dənizdən taxıl ixracı ilə bağlı Rusiya, Ukrayna, Türkiyə və BMT arasında gözlənilən görüşdən danışan Nebenzya bu məlumatın nə dərəcədə doğru olduğunu bilmədiyini qeyd edib və bununla bağlı mətbuatda yer alan çoxsaylı fərziyələrə diqqət çəkib.
O, həmçinin Avropanın quruda yerləşən “həmrəylik dəhlizləri”ni xatırladaraq bildirib  ki, bu dəhlizlər səmərəli işləmir.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər