22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Zelenski Xarkova getdi, hərbçiləri mükafatlandırdı - Fotolar
Tarix: 30-05-2022 00:35 | Bölmə: Dünya

                        Zelenski Xarkova getdi, hərbçiləri mükafatlandırdı


Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb. Zelenski işgüzar səfəri çərçivəsində Ukrayna hərbçilərinin mövqelərinə baş çəkib.
O, bölmələrin məsuliyyət zonasında əməliyyat şəraiti ilə tanış olub.
Zelenski hərbçilərə dövlət mükafatları və qiymətli hədiyyələr təqdim edib, Ukrayna müdafiəçiləri ilə söhbət edib.
"Hər birinizə xidmətinizə görə təşəkkür etmək istəyirəm. Siz hamımız və dövlətimiz üçün öz həyatınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini qoruduğunuz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın!", - prezident deyib.
 









Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər