22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı - Fotolar
Tarix: 29-05-2022 14:26 | Bölmə: Dünya

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı



Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.
Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.
10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə  qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.
Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.












Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər