Bütün xəbərlər
İtaliyada da “Meymun çiçəyi” virusu aşkarlandı
Tarix: 20-05-2022 11:03 | Bölmə: Dünya

                   İtaliyada da “Meymun çiçəyi” virusu aşkarlandı


İtaliyanın paytaxtı Romada bir nəfərdə meymun çiçəyi virusu aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, virus daşıyan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib.
Səhiyyə Nazirliyi bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.
Qeyd edək ki, Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.



Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər